Futbolda ilk dəfə oyunçu mübahisə zamanı ağzını qapadığı üçün meydandan qovulub

FIFA-nın yeni qaydalarına əsasən, Paraqvay millisinin futbolçusu Miqel Almiron DÇ-2026-da mübahisı zamanı əli ilə ağzını qapatdığı üçün meydandan qovulan ilk oyunçu olub.

 

Presssport.az xəbər verir ki, Almiron D qrupunun II turunun Türkiyə yığmasına qarşı keçirilən oyununda qırmızı vərəqə alıb.

 

Birinci hissənin sonunda komandaların oyunçuları arasında qarşıdurma yaranıb. Almiron əli ilə ağzını qapadaraq türkiyəli Mert Müldürə müraciət edib. Meydandan qovulma qərarı VAR-ın müdaxiləsindən sonra qəbul edilib.

 

Dünya çempionatı başlamazdan əvvəl FIFA qaydalara bir sıra dəyişikliklər edib. Buna əsasən, ağzını əli, çiyni və ya forması ilə qapadan istənilən oyunçu birbaşa qırmızı vərəqə ala bilər. Bu cür hərəkətlər danışığın məzmununu kameralardan gizlətmək cəhdi kimi qiymətləndirilir.

 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC