Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk matçları keçirilir.
Presssport.az xəbər verir ki, Finlandiya təmsilçisi KuPS səfərdə Şimali Makedoniyanın “Vardar” klubu ilə qarşılaşıb.
Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Finlərdən müdafiəçi Brahim Magassa 45-ci, hücumçu Bob Armah 49-cu dəqiqədə fərqlənib. Meydan sahiblərinin yarımmüdafiəçi Nemanya Bosanciç 4 dəqiqədə (70 və 74-cü dəqiqələrdə) 2 sarı vərəqə alaraq meydandan qovulub.
Cavab matçı iyulun 14-də keçiriləcək.
Xatırladaq ki, “Sabah” TNS səddini aşacağı halda məhz “Vardar” - KuPS cütünün qalibi ilə üz-üzə gələcək. Çempionumuz ilk matçda evdə həmin hesabla qalib gəlib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC