Belçika millisinin müdafiəçisi Zeno Debast DÇ-2026-nın 1/4 finalında İspaniyaya qarşı keçiriləcək oyunu buraxacaq.
Presssport.az xəbər verir ki, bu barədə Belçika Kral Futbol Assosiasiyası (RBFA) məlumat yayıb.
Bildirilib ki, futbolçunun klubu - "Sportinq" onun səhhətinin matçda iştirak etməyə imkan vermədiyini hesab edir. Bu mövqe Belçika millisinin tibbi heyəti, həmçinin FİFA-nın tibbi və sığorta qurumlarının rəyindən fərqlənir.
Hazırda Debast fiziki hazırlıq şöbəsinin nəzarəti altında fərdi məşqlər edir.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC