Həndbol yığmamızım aparıcı üzvü Səkinə Musayeva ölkəmizdə bu idman növünün hazırkı vəziyyəti ilə bağlı paylaşım edib.
Presssport.az xəbər verir ki, Mingəçevir “Kür”ünün təcrübəli oyunçusu sosial şəbəkə hesablarında həndbolun durumuyla bağlı acı reallıqları yazmaqdan çəkinməyib:
"Bu gün sevdiyimiz həndbol idman növü çox çətin vəziyyətdədir. Dəstək və maliyyə çatışmazlığı səbəbindən klublar fəaliyyətlərini davam etdirməkdə böyük çətinlik çəkirlər. Halbuki hər bir klubun arxasında bu idman növünə ürəkdən bağlı uşaqlar, məşqçilər və zəhmətkeş insanlar dayanır.
Ən çox narahat edən isə uşaq həndbolunun taleyidir. Uşaqlar bu idman növünün gələcəyidir. Əgər bu gün onları qoruya bilməsək, sabah nə güclü milli komandamız, nə də yeni çempionlarımız olacaq.
Azərbaycan həndbolu Olimpiya çempionları Rəfiqə Şabanova və Lyudmila Şubina kimi böyük idmançılar yetişdirib. Bu irsi qorumaq və davam etdirmək bizim borcumuzdur.
Bu gün bu sahəyə dəstək verə biləcək hər kəsə — aidiyyəti qurumlara, rəhbərlərə, sahibkarlara, sponsorlara və bütün xeyirxah insanlara müraciət edirəm.
Gəlin birlikdə Azərbaycan həndbolunu yaşadaq. Uşaqlarımıza sevdikləri idman növü ilə məşğul olmaq və gələcəyin çempionları olmaq imkanı verək.
Həndbol yaşamalıdır!".
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC