2026/27 mövsümündə I Liqada mübarizə aparacaq "Karvan-Yevlax"ın yeni baş məşqçisi müəyyənləşib.
Presssport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, Yevlax təmsilçisi Ramiz Məmmədova həvalə olunub. 57 yaşlı mütəxəssisin son klubu digər I Liqa təmsilçisi "Mingəçevir" olub. O, daha əvvəl "Şamaxı", "Qəbələ" və "Atrau" (Qazaxıstan) komandalarını da çalışdırıb.
Xatırladaq ki, “Karvan-Yevlax”ın son baş məşqçisi mövsüm bitəndən sonra yollarını ayırdığı GFüzuli Məmmədov olub. Maraqlıdı ki, Məmmədov “Mingəçevir”də də həmsoyadının xələfi olmuşdu.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC