"Dünya çempionu olmaq şansımız hələ də çox aşağıdır"

Norveç millisinin hücumçusu Erlinq Haaland komandasının DÇ-2026-nı qazanmaq ehtimalını dəyərləndirib.

 

Presssport.az xəbər verir ki, 24 yaşlı futbolçu 1/4 finalda İngiltərə ilə keçiriləcək oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb.

 

Haaland dünya çempionu olmaq şanslarını yüksək qiymətləndirmədiyini bildirib:

 

"Hələ də şansımız çox aşağıdır. Turnirdə bir neçə aşkar favorit var və İngiltərə də onlardan biridir. Siz jurnalistlər ingilis futbolçulara təzyiq göstərməlisiniz", - deyə o, gülümsəyərək bildirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC