"Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əsas komandaya qayıtmasından danışıb.

Presssport.az xəbər verir ki, 26 yaşlı sol cinah müdafiəçisi bu haqda şəxsi “İnstagram” hesabında paylaşım edib.

Ötən gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Vestri" ilə ilk oyununda 2-ci hissədə meydana çıxan Elvin azarkeşlərin ona dəstək olduğu anların videosunu paylaşaraq, azarkeşlərə təşəkkür edib: “Mənə göstərdiyiniz dəyər və dəstəyə görə sizə ürəkdən minnətdaram. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm. Sizi çox sevirəm”.

Xatırladaq ki, Cəfərquliyev bir müddət əvvəl baş məşqçi Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilmişdi. Onun yay fasiləsində başqa kluba keçəcəyinə dair xəbərlər yayılmışdı. Lakin müdafiəçi yenidən Ağdam təmsilçisinin əsas komandasına qayıdıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC