İngiltərə millisi yarımfinala gedən yolda itkilərlə üzləşə bilər

Bu gün DÇ-2026-nın 1/4 final mərhələsində Norveç və İngiltərə milliləri üz-üzə gələcək.

 

Presssport.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, İngiltərə yığmasının beş futbolçusu sarı vərəqə limitini doldurmaq təhlükəsi ilə üzləşib.

 

Cəza təhlükəsi ilə üzləşən futbolçular yarımmüdafiəçilər Deklan Rays, Cud Bellinqem və Cordan Henderson, həmçinin müdafiəçilər Mark Qehi və Niko O'Rayllidir. Onlardan hər hansı biri Norveçlə matçda sarı vərəqə görərsə, komandasının yarımfinala yüksələcəyi halda növbəti oyunda iştirak edə bilməyəcək.

 

Qeyd edək ki, Norveç - İngiltərə qarşılaşması iyulun 12-də Bakı vaxtı ilə 01:00-da keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC