Elçin Məsiyevə UEFA-dan yeni təyinat

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.

 

Presssport.az xəbər verir ki, o, II təsnifat mərhələsində Serbiyanın "Srvena Zvezda" və Şimali İrlandiyanın "Larn" komandaları arasında keçiriləcək cavab görüşünü idarə edəcək.

 

Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. VAR hakimi Kley Ruperti (Niderland), onun köməkçisi isə Nicat İsmayıllı olacaq.

 

Qeyd edək ki, iyulun 29-da Belqraddakı "Rayko Mitiç" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC