"Sabah" - KuPS matçını polyak hakim idarə edəcək

“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS-a qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.

 

Presssport.az xəbər verir ki, UEFA komandalar arasında ilk görüşü Polşadan olan hakimlər briqadasına həvalə edib.

 

Oyunun baş hakimi Lukaş Kujma olacaq. Ona yan xətt hakimləri Yakub Vinkler və Pyotr Podbyelski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marçin Şerboviç yerinə yetirəcək.

“Sabah”ın KuPS-la səfərdə matçını isə İsraildən olan hakimlər idarə edəcəklər. Baş hakim Qal Leybovitz, onun köməkçiləri Roy Hassan və Yossi Babayoff olacaq. Dekel Zino isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 21-də Bakıda (saat 20:00), cavab qarşılaşması isə bir həftə sonra Finlandiyada (Bakı vaxtı ilə 19:00) keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC