Argentinalı hücumçu "Yuventus"a keçir

"Parma"nın hücumçusu Mateo Pelleqrino İtaliya A Seriyasında klubunu dəyişəcək.

 

Presssport.az xəbər verir ki, "Yuventus" argentinalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

Turin klubu Pelleqrinonu 5 milyon avro qarşılığında icarəyə götürəcək. Klublar arasındakı anlaşmada 20 milyon avroluq satınalma bəndi də yer alacaq,

 

Qeyd edək ki, "Parma" Mateo Pelleqrinonu 2025-ci ilin fevralında "Veles Sarsfild"dən 1,6 milyon avroya transfer edib. 24 yaşlı forvard 2025/26 mövsümündə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 12 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC