Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 22-si saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” (Minsk) matçının biletləri mövsümlük bilet sahibləri üçün satışa çıxarılıb.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qiyməti 2.50 (“Şərq 1”, “Şərq 2”, “Qərb 1” sektorları), 4 (“Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 6 (“Banişevski alt” sektoru), 17.50 (“VIP Silver”, “VIP Family” sektorları) və 25 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
50% endirimli biletləri yalnız mövsümlük bilet sahibləri 24 saat ərzində “Neftçi PFK” mobil tətbiqində və ya bilet.neftchi.az saytında “matçlıq bilet al” bölməsinə daxil olaraq, əldə edə bilər.
Ümumi satış isə sabahdan etibarən həyata keçiriləcək.
Stadionun kassasında biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC