“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər

Azərbaycanın vitse-çempionu “Qarabağ” Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib.

 

Presssport.az xəbər verir ki, Qurban Qurbanovun komandası 2-ci təsnifat mərhələsində Bolqarıstan SSKA-sı ilə qarşılaşacaq. Oyunlar iyulun 23-də Bakıda, 30-da isə Sofiyada keçiriləcək.

 

Bununla yanaşı, iyulun 20-də Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. haqqin.az saytı yazır ki, “Qarabağ” – SSKA cütlüyü Ağdam təmsilçisinin yüksək reytinqinə (42,750) görə səpələnmişlər sırasında yer alacaq.

 

“Qarabağ” Bolqarıstan klubunu mübarizədən kənarlaşdıracağı halda, 3-cü mərhələdə aşağıdakı rəqiblərdən biri ilə qarşılaşa bilər:

 

“Yagelloniya” (Polşa);

 

“Makkabi” (Təl-Əviv, İsrail) – “Şerif” (Moldova) cütünün qalibi;

 

“Hammarbü” (İsveç) – “Anderlext” (Belçika) cütünün qalibi;

 

“Pafos” (Kipr) – “Hayduk” (Xorvatiya) cütünün qalibi;

 

“Tromse” (Norveç) – “Hradets Kralove” (Çexiya) cütünün qalibi;

 

Çempionlar Liqasındakı “Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) cütünün məğlubu;

 

* Çempionlar Liqasındakı “FənərbaxçA” (Türkiyə) – “Qurnik” (Polşa) cütünün məğlubu

 

Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsinin püşkatmasında da səpələnmişlər səbətində yer alacaq. Komandanın həmin mərhələdəki 12 mümkün rəqibindən dördü artıq məlumdur. Bunlar Belçikanın “Sent-Trüyden”, Türkiyənin “Trabzonspor”, Yunanıstanın OFİ və Norveçin “Lillestrem” klublarıdır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC