"Liverpul"dan Soboslai qərarı

"Liverpul" Dominik Soboslainin müqaviləsinin müddətini artıracaq.

 

Presssport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

İngiltərə klubu artıq macarıstanlı futbolçu ilə razılıq əldə edib. 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin 2028-ci ilin yayında kimi nəzərdə tutulan müqaviləsi daha 3 il uzadılacaq.

 

Qeyd edək ki, "Liverpul" Dominik Soboslaini 2023-cü ilin yayında "Leyptsiq"dən 70 milyon avroya transfer edib. Macarıstan millisinin üzvü 2025/26 mövsümündə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 13 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC