Braziliya millisinin yarımmüdafiəçisi "Aston Villa"da

Premyer Liqanı tərk edən "Vulverhempton"un yarımmüdafiəçisi Joao Qomes İngiltərədə klubunu dəyişəcək.

 

Presssport.az xəbər verir ki, "Aston Villa" braziliyalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

Birmingem klubu 25 yaşlı oyunçu üçün 40+5 milyon avro təzminat ödəyəcək.

 

Qeyd edək ki, "Vulverhempton" Joao Qomesi 2023-cü ilin yanvarında "Flamenqo"dan 18,7 milyon avroya transfer edib. Braziliya millisinin üzvü 20225/26 mövsümündə "qurdlar"ın heyətində 43 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC