“Qarabağ” - “CSKA Sofia” oyununun biletləri sabah saat 15:00-dan etibarən satışda olacaq

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “CSKA Sofia” qarşılaşmasının biletləri 18 iyul, saat 15:00-dan etibarən satışa çıxarılacaq.

Presssport.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Standart biletlərin qiymətləri:

5, 10, 15 və 20 AZN

VIP sektorlar: 50, 75 və 100 AZN

VVIP sektorlar: 150 AZN

Qeyd: VVIP sektora bilet əldə etmiş azarkeşlərimiz üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.

Diqqət! Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.

Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Saxta biletlərə aldanmayın! Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkündür.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC