“Hamınızdan yorulmuşam”

“Real”ın baş məşqçisi Joze Mourinyo sıx oyun təqviminə görə keçirilən mətbuat konfranslarının çoxluğuna zarafatla münasibət bildirib.

 

Presssport.az xəbər verir ki, portuqaliyalı mütəxəssisə "Elçe" ilə təşkil olunacaq La Liqa oyunu öncəsi  bir həftə ərzində iki oyun keçirməyin öhdəsindən necə gəldiyi barədə sual ünvanlanıb.

 

O cavabında deyib: “Bir həftə ərzində altı mətbuat konfransı (Çempionlar Liqası matçları da daxil - red.). Digər ölkələrdə mənə onlardan birini buraxmağa icazə verərdilər. Bu gün və ya sabah matçdan sonra bura gəlməyə bilərdim. Hamınızdan yorulmuşam, siz də məndən yorulmusunuz. Amma buradayıq, çünki bu, bizim işimizdir.

 

Futbolçular da eynidir. Onlar yorulublar, amma davam etmək lazımdır. “Elçe” də bizim kimi şənbə günü oynayıb. Öz məqsədimizə çatmağa çalışırıq. Əgər gələn həftə altı mətbuat konfransından birini buraxmağa icazə versəniz, özümlə yeməyə nəsə gətirəcəyəm”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC