"Atletiko"nun kapitanı La Liqanın tarixinə düşdü

"Atletiko" İspaniya çempionatının 5-ci turunda səfərdə "Real Sosyedad"ı 3:0 hesabı ilə məğlub edib.

 

Presssport.az xəbər verir ki, matçın 60-cı dəqiqəsində madridlilərin heyətində Koke meydana çıxıb. "Atletiko"nun kapitanı üçün bu matç La Liqada 524-cü olub.

 

​Beləliklə, 34 yaşlı futbolçu İspaniya çempionatı tarixində keçirdiyi oyunların sayına görə 10 oyunçu sırasına daxil olub. Kokedən öndə aktivində 536 qarşılaşma olan Serxio Ramosdur.

 

​La Liqada oyunların sayına görə top-10 oyunçu:

 

​1-2. Andoni Subisareta - 622 matç


1-2. Xoakin - 622


3. Raul Qarsiya - 609


4. Antuan Qrizman - 564


5. Dani Parexo - 558


6. Raul Qonsales - 550


7. Eusebio Sakristan - 543


8. Fransisko Buyo - 542


9. Serxio Ramos  536


10. Koke - 524

 

Qeyd edək ki, ​Koke "Atletiko"nun yetirməsidir və bütün peşəkar karyerasını Madrid klubunda keçirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC