"Kəpəz"in futbolçusu Viktor Stina Moldova millisinə dəvət alıb

"Kəpəz"in yarımmüdafiəçisi Viktor Stina Moldova millisinə dəvət alıb.

 

Presssport.az xəbər verir ki, bununla bağlı Gəncə klubuna Moldova Futbol Federasiyasından rəsmi məktub daxil olub.

 

28 yaşlı futbolçu sentyabrın 20-də Misli Premyer Liqasının VI turunda "Sumqayıt"la keçiriləcək oyundan sonra yığmanın düşərgəsinə yollanacaq.

 

O, UEFA Millətlər Liqasında forma geyinə bilər. Moldova adıçəkilən yarışın K qrupunda Slovakiya, Farer adaları və Qazaxıstan kollektivlərinə qarşı mübarizə aparacaq.

 

Qeyd edək ki, cari mövsüm "Kəpəz"in heyətində iki dəfə fərqlənən V.Stina Moldova yığmasında 30 oyun keçirib, 4 qol vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC