"Arsenal"ın futbolçusu Maks Dauman Runi və Fabreqasın rekordunu təkrarlayıb

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Arsenal"ın futbolçusu Maks Dauman İngiltərə Liqa Kubokunun III mərhələsində "İpsviç"lə matçda (4:2) 2 qol vurmaqla ingiltərəli Ueyn Runi və ispaniyalı Sesk Fabreqasın rekordunu təkrarlayıb.

 

Presssport.az xarici mediaya istinadən xəbər verir ki, o, bu göstərici ilə Premyer Liqa təmsilçisinin heyətində 16 yaşında bir matçda 2 qol vuran üçüncü oyunçu olub.

 

U.Runi 2002/2003 mövsümündə "Everton"un, Sesk Fabreqas isə 2003/2004 mövsümündə "Arsenal"ın heyətində bu uğura imza atıb. 2025-ci ilin iyulundan "Arsenal"ın əsas komandasında çıxış edən M.Dauman 2025/2026 mövsümündə bütün turnirlərdə keçirdiyi 13 matçda 1 qol vurub.

 

Qeyd edək ki, "Arsenal" - "Sabah" matçı 2027-ci il yanvarın 28-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC