Beynəlxalq Voleybol Federasiyasının rəsmisi Bakıya gəlib

Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun və Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkil etdiyi “Milli İdman Sistemlərinin İnkişafı” (DNSS) proqramı çərçivəsində FIVB-nin təlimatçı-eksperti Afanasios Papaqeorqiu ölkəmizə səfər edib.

Pressssport.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 3-dək davam edəcək səfərin əsas məqsədi paytaxtda və bölgələrdə yerləşən voleybol bazaları ilə tanışlıq və yaxın gələcək üçün inkişaf planının hazırlanmasıdır.

Bu məqsədlə Papaqeorqiu və FIVB-nin məşqçi-instruktoru, AVF-nin Təhsil şurasının rəhbəri Cengiz Akarçeşme Azərbaycan İdman Akademiyasının (AİA) Tədrisin Təşkili üzrə prorektoru Rafail Novruzov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə ilə görüşüb.

DNSS proqramı çərçivəsində baş tutan görüşdə MOK-un layihələr üzrə meneceri Ceyhun Rəhmanov, AVF-nin Regional İnkşaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova da iştirak edib.

AİA-nın Elmi-tədris laboratoriyasında və Media Mərkəzində olan qonaqlar burada tələbələr üçün yaradılan şəraitlə tanış olub. AİA-nin idman zalına da baxış keçirən qonaqlar gələcəkdə burada “İnkişaf Mərkəzi”nin yaradılması üçün lazımi şəraitlə tanış olublar, bununla bağlı müzakirələr aparılıb.

Daha sonra Papaqeorqiu və Akarçeşme voleybol haqqında yazdıqları kitablarını AİA-nın kitabxanasına hədiyyə edib.

Onu da bildirək ki, DNSS proqramı çərçivəsində Gəncədə və Bakıda voleybol məşqçi-müəllimləri üçün seminarlar da keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC