"Neftçi" bunu son dəfə 7 il yaşamışdı...

“Neftçi” Misli Premyer Liqasının ilk 5 turunda qələbə qazanmayıb.

Presssport.az xəbər verir ki, Bakı klubu 4 oyunda heç-heçə edib və 1 matçda məğlub olub.

Belə ki, Roman Qriqorçukun komandası “Turan Tovuz” və “Şamaxı” ilə qolsuz, “Səbail” və “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib. “Neftçi” “Sabah”dan 2 cavabsız qol buraxıb.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “ağ-qaralar” 32 ildə 2-ci dəfə 5 start oyununu qələbəsiz başa vurub. İlk belə hadisə 2017/2018 mövsümündə qeydə alınıb. Yeddi il əvvəl “Neftçi” ilk 5 turda cəmi 1 xal qazanıb: 1 heç-heçə və 4 məğlubiyyət.

Onu da bildirək ki, “ağ-qaralar”ın ağ2017/18 mövsümündəki qələbəsizlik seriyası 6 oyun davam edib və yalnız 7-ci matçda qırılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC