Avropa Liqasında Liqa mərhələsində "Qarabağ"ın növbəti rəqibi olan “Lion” maliyyə problemlərindən qurtula bilmir.
Presssport.az xəbər verir ki, aşağı liqaya düşürülməsi təhlükəsi qalan lionlular vəziyyətdən çıxmaq üçün mövsümün sonuna kimi 100 milyon avro gəlir əldə etməlidir.
Klub rəhbərliyi durumu düzəltmək üçün yanvarda 6 futbolçu ilə yollarını ayıracaq. Bunlardan biri "Qalatasaray"dan icarəyə götürülən Vilfred Zahadı. 32 yaşlı vingerin maaşı yüksək olduğu üçün onun göndərilməsi planlaşdırılır.
"Lion" digər 5 futbolçunu isə satışa çıxaracaq. Belə ki, Fransa klubu Said Benrahma, Gift Orban, Maksans Karke, Ernest Nuama və Sael Kumbedini satıb gəlir əldə etməyə çalışacaq.
Xatırladaq ki, "Qarabağ" turnirin V turu çərçivəsində noyabrın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda "Lion"u qəbul edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC