Baxşıyevin nə özünün, nə də komandasının üzərində təzyiq var: "Özünə də tövsiyə etmişəm ki, mətbuatdan uzaq qalsın"

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq ilk olaraq qələbəni şərh edib.

- Ağır oyun olacağını bilirdik. "Kəpəz" son dövrlərdə yaxşı performans göstərir. İdeal oynamasaq da, komanda şəklində qələbə üçün hər şey etdik. Qarşıdakı matçlara hazırlaşacağıq.

- Komanda uzun müddətdir məğlub olmur. Arxayınlıq yoxdur?

- Futbolçular uzun müddət komandadan ayrı idilər. Millidən olan oyunçuların yoxluğu komandanın ritmdən düşməsinə səbəb olmuşdu. Layiqli qələbə qazandıq. Daha da inkişaf edə bilərik.

- Urfan Abbasovun oynamamasının səbəbi nə idi?

- Zədəsi yoxdur. Sadəcə, bir az narahatlığı var idi deyə süni meydançada oynatmağa risk etmədik və onu Bakıda saxladıq.

- Mustafa Əhmədzadə millidən hansı əhval-ruhiyyədə dönüb?

- Onun haqda çox danışırıq. Özünə də tövsiyə etmişəm ki, mətbuatdan uzaq qalsın. Bir az bərkiməlidir, inkişaf etməlidir.

- Uğurlu seriya üzərinizdə təzyiq yaradır, yoxsa əlavə motivasiya verir?

- Üzərimdə heç bir təzyiq yoxdur. Komanda da mənim kimidir. Bu klubda işləmək üçün hər cür şərait yaradılıb. Oyun planında daha yaxşı ola bilərik. Futbolçuların məşqdə göstərdiyi performansa görə bunu deyirəm.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC