"Araz-Naxçıvan"a məğlubiyyət Azər Bağırova daha çox məyusluq yaşatmayıb: "Axır vaxtlar bir az emosional olmuşam..."

"Kəpəz" Misli Premyer Liqasının 14-cü turunda öz meydanında "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

- Gəncə azarkeşlərinə təşəkkür edirəm. Komandanı sona qədər dəstəklədilər. İki fərqli hissə izlədik. İlk yarıda oyunumuz alınmırdı. İkinci hissədə dəyişikliklər etdik. Amma qolu vura bilmədik.

- Sarı vərəqə gördüyünüz epizodu necə dəyərləndirirsiniz?

- Axır vaxtlar bir az emosional olmuşam. Bu da son oyunlara görədir. Biz də özümüzü tənzimlənməliyik.

- Keçmiş komandanıza məğlubiyyətin daha çox məyusluğu var?

- Məğlubiyyətlərin hamısı məyusluq yaradır. Rəqibin fərqi yoxdur. Bu gün önəmli olan "Kəpəz"in xal qazanması idi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC