Türkiyə klubunun baş məşqçisi qətlə yetirilib

Türkiyə III liqa təmsilçisi "Çorluspor 1947"nin baş məşqçisi Ersin Aka qətlə yetirilib.

Presssport.az xəbər verir ki, hadisə günorta vaxtı, Çorlu şəhərində baş verib. 

Belə ki, 46 yaşlı türkiyəli mütəxəssis yolda gedərkən maskalı naməlum şəxsin silahlı hücumuna məruz qalıb. O, qan içində yerə yıxılıb və ağır yaralanıb. Hücum edən şəxs isə onu gözləyən avtomobilə minərək qaçıb.

Ətrafdakıların xəbəri ilə Aka xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma davam edir. 

Onu da bildirək ki, Aka karyerası ərzində “Əskişəhərspor”, “Adanaspor”, “Giresunspor”, “Antalyaspor”, “Adıyamanspor”, “Adana Dəmirspor”, “Etimesqut Şeker” və “Siirtspor”da köməkçi məşqçi vəzifəsində çalışıb. O, 2012/13 mövsümündə "Beşiktaş"da müvəqqəti məşqçi kimi çalışıb. Daha sonra "Ərzin Belediye"də, "Ankara Demir", "Yeni Mersin İdman Yurdu", "Karşıyaka", “Van Spor”da baş məşqçi olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC