“İdman Paytaxtı” Quba şəhərində keçirilən lll İdman Festivalının növbəti günü də maraqlı anlarla yadda qalıb.
Presssport.az xəbər verir ki, bayram ab-havasında keçən tədbirin 5-ci günü Qubadakı Nizami Gəncəvi adına parkda davam edib.
Gün ərzində 23 idman növündə idmançılar nümunəvi çıxışlar edib, bəzi idman növlərində isə izləyicilər də çıxışlara qatılıb.
Günün ikinci yarısında tədbirin rəsmi açılışı olub. Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov çıxış edərək festival iştirakçılarına uğurlar arzulayıb.
Günün sonunda gənclər və idman naziri tonqal ətrafında festival iştirakçıları ilə görüşüb.
İdmançılarla söhbət edən Qayıbov onların suallarını cavablandırıb. Tədbir uşaqların yallı rəqsi ilə başa çatıb.
Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, “İdman səfirləri” - Aliyə Paşayeva, Fəridə Əzizova, Xəyyam Orucov, İlqar Qurbanov, Orxan Səfərov, türk güllə atıcısı, Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Şevval İlayda Tarhan da iştirak edib.
Tədbirin bədii hissəsi gənc müğənni Mərdan Kazımovun ifasında musiqi nömrələri ilə davam edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC