Mahir Emreli gözəl qol ötürməsi etdi, "Nürnberq" 90+6-cı dəqiqə qoluyla uduzdu

Almaniya II Bundesliqasının XIII turunda millimizin futbolçusu Mahir Emrelinin komandası "Nürnberq" səfərdə Bundesliqaya vəsiqə uğrunda yarışan "Paderborn"la qarşılaşıb. 

Presssport.az xəbər verir ki,  8-ci dəqiqədə Emreli dabanıyla gözəl qol ötürməsi edib və komanda yoldaşı Soares hesabı 1:1 edib. 

Oyunun yekun nəticəsi isə 3:2 meydan sahiblərinin xeyrinə başa çatıb - 2:3. "Paterborn" qələbə qolunu matçın son saniyələrində - 90+6-cı dəqiqədə vurub. Mahir 90 dəqiqə çıxış edib.

Bu qələbədən sonra xalını 24-ə çatdıran "Paderborn" liderliyə yüksəlib.  "Nürnberq" isə 13 oyundan 18 xalla 8-ci pillədədi.

Xatırladaq ki, Mahir bu mövsüm "Nürnberq"lə bütün turnirlərdə meydana çıxdığı 9 oyunda 4 qol vurub (3-nü 2-ci Bundeliqada, 1-ni Almaniya kubokunda), 1 qolun isə ötürməsini edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC