AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının V turu çərçivəsində keçiriləcək “Mançester Siti” (İngiltərə) – “Feyenoord” (Niderland) oyununun UEFA nümayəndəsi olacaq.
Noyabrın 26-da “Mançester Siti” akademiyasının stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC