“Hələ bundan sonra onun başına yumruq çox dəyməlidir ki, inkişaf etsin. Hələ bunun üzərində işləyirik. Özüm yanına çağırıram, söhbət edirəm”.
Bu fikirləri Pressssport.az-ın Tovuza ezam olunmuş əməkdaçşına açıqlamasında Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov deyib.
“Araz-Naxçıvan”ın qısa müddətdə əsas komandada oynamaqla tanınan, artıq əsas yığmamıza da ilk dəfə çağırılan gənc yarımmüdafiəçisi Mustafa Əhmədzadə haqda fikirlərini bölüşən federasiya rəhbəri narahat olduğu məqama da toxunub: “Eşidirəm ki, ordan-burdan zənglər gəlir. Menecerlər artıq hərəkətə keçib. Bu uşaq hələ iki aydı ortaya çıxıb. Yeru gəlmişkən, dünən atası ilə də görüşmüşəm. Dedim ki, nə olur-olsun, milliyə çağırılsa da, ulduz xəstəliyinə tutulmaq olmaz. 20 yaşında onu bədbəxt etmək olmaz. Elə uşaqları əlimizdə sıx saxlayırıq ki, eyforiyaya düşməsinlər. Mənim əlimdə düşə də bilməzlər”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC