Bakıda kişi və qadınlar arasında idman gimnastikası üzrə ölkə çempionatı keçiriləcək

Milli Gimnastika Arenasında kişilər arasında 29-cu, qadınlar arasında isə 8-ci idman gimnastikası üzrə ölkə çempionatı keçiriləcək.

Presssport.az xəbər verir ki, yarışlarda balacalar (2015-2016), kiçiklər (2017-ci il), uşaqlar (2013-2014), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaq.

İdmançılar gimnastika atı, sərbəst hərəkətlər, dayaqlı tullanma, halqalar, paralel qollar, turnik üzrə proqramlarda öz məharətlərini göstərəcək.
Ölkə çempionatları noyabrın 25-dən 26-dək davam edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC