"Lion" Avropa Liqası Liqa mərhələsinin V turunda Bakıda "Qarabağ"ı 4:1 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, Fransa təmsilçisinin baş məşqçisi Pyer Saj matçından sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Qarabağ"ın oyununu təhlükəli hesab edirsiz?
- Bəli. İlk hissədə çoxlu təhlükəli epizod yaratdılar. Bunu unutmaq olmaz. İkinci hissədə müdafiəni daha yaxşı təşkil etdik. Hücuma keçidlərdə üstünlüklərimiz oldu. Çətin olsa da, sonradan ardıcıl qollar vurduq.
- Sizcə, hesab oyuna görə oldu?
- Xeyr.
- Bunu deyəndə, nəyi nəzərdə tutursunuz? Sizcə, hesab daha böyük olmalı idi, yoxsa gözləntiniz başqa idi?
- Bəli, düz anlamısız. "Qarabağ" daha çox qol vura bilərdi. Şansları da var idi. Bu da oyunun gedişatını dəyişdirə bilərdi.
- Bakıdakı atmosfer, stadion haqda nə deyərdiz?
- Stadionda azarkeşlərin davranışı yaxşı idi. Oyunun gedişatına müsbət təsir edirdi
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC