Juninyo bəxstzilikdən gileyləndi: "Belə böyük rəqiblərə qarşı matçlarda oyunun taleyini bəzi detallar həll edir"

"Qarabağ"ın futbolçusu Olavio Juninyo Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə "Lion"a uduzduqları matç (1:4) haqqında fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, görüşdən sonra "CBC Sport"a açıqlama verən 28 yaşlı braziliyalı hücumçu qol şanslarını yararlana bilmədiyinə görə təəssüflənib: "Keyfiyyətli komandaya qarşı oynadığımızın fərqində idik. Çoxlu qol epizodu yaratdıq. Təkcə mənim 3 qol şansım oldu. Təəssüf ki, bu imkanlardan yararlana bilmədim. Bəxt amili də öz sözünü dedi. Ümumi götürdükdə, Fransanın ən yaxşı komandalarından birinə qarşı çıxış etdik. Amma buna baxmayaraq, öz komandama, yoldaşlarıma inanıram".

Juninyo belə nəticəyə rəğmən, komandasının yaxşı çıxış etdiyini vurğulayıb: "Əslində, yaxşı oyun nümayiş etdiririk. Belə böyük rəqiblərə qarşı matçlarda oyunun taleyini bəzi detallar həll edir. Qarşıda Premyer Liqa matçımız var. Həmin görüşə köklənməliyik. Bundan sonra yenidən Avroliqanın oyunlarını fikirləşəcəyik".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC