“Lion”un və Gürcüstan yığmasının hücumçusu George Mikautadze Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində Bakıda “Qarabağ”ı 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.
Presssport.az Tofiq Bəhramov adına Respublika stadionundakı matçda dubl müəllifi olan 24 yaşlı forvardın müsahibəsini təqdim edir:
- “Qarabağ” üzərində qazanılan qələbəni necə şərh edərdin?
- İlk hissədə bizə bir az çətin oldu, oyunumuz bir qədər çətin keçdi. Lakin fasilədə baş məşqçimiz taktikanı dəyişd. Bunun faydasını meydanda gördük və belədə işimiz daha asan oldu. Oyun üslübumuzu dəyişmək nəticəsində ardıcıl qollar vurduq.
- Nəticədən məmnunsan? Ümumiyyətlə, bu cür hesabla qələbə qazanacağınızı gözləyirdin?
- Bakıya qələbə üçün gəlmişdik. Düzdür, bu hesabla qalib gələcəyimizi gözləmirdik. Lakin qələbə bizə çox lazım idi. Hədəfimiz 3 xal idi və buna da nail olduq. Bizim üçün önəmli olan oyun ərzində çoxlu qol vurmaq yox, qalib gəlmək idi.
- “Qarabağ”ın potensialını necə dəyərləndirərdin?
- “Qarabağ” çox yaxşı komandadı və ona uğurlar arzulayıram. Bu matçda da fərqlənmək üçün xeyli şansı oldu. Yaxşı ki, qol imkanlarını dəyərləndirə bilmədilər. Biz isə ardıcıl qollar vura bildik. Çempionunuzun oyunu xoşuma gəldi, bir komanda kimi bəyəndim.
- Qonşu Azərbaycandan hansı hisslərlə ayrılırsan?
- Bakıda olduğumuz müddətdə şəhəri gəzməyə çıxdım. Paytaxtınız çox xoşuma gəldi. Gözəl şəhəriniz var. İstirahət üçün bir gün mütləq bura gələcəm.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC