Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Soçi şəhərində Rusiya yığması ilə keçirilən yoldaşlıq oyunundan (0:1) sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis çox yaxşı oyun alındığını söyləyib: "Rusiya yığması həm fərdi, həm də komanda keyfiyyətinə görə güclüdür. Rəqibi təhlil edib, matça ciddi hazırlaşmışdıq. Düzdür, bir neçə zədəli futbolçumuz var. Sərgilənən oyuna əsasən məğlubiyyət bizi məyus etdi. Rusiya yığması hansısa düşünülmüş hücumla yox, bizim səhvdən qol vurdu. Komandamıza təşəkkür düşür. Uduzsaq da, qızlar çox yaxşı çıxış etdilər. Bəzi anlarda üstünlük bizim tərəfimizdə olurdu. Yaxşı mübarizə apardıq, aqressivlik var idi, meydanın hər qarışı uğrunda mübarizə gedirdi. Təəssüf ki, hücumda çoxala bilmirdik. İkinci matça daha yaxşı hazırlaşacağıq. Məqsədimiz Bakıya qələbə ilə dönməkdir”.
Xatırladaq ki, Azərbaycan və Rusiya milliləri arasında 2-ci yoldaşlıq matçı dekabrın 2-də “Soçi” klubunun məşq bazasında keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC