"Turan Tovuz" Misli Premyer Liqasının XV turunda səfərdə "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.
Presssport.az xəbər verir ki, Qərb təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qarşılaşmayla bağlı danışıb:
- Birinci hissədə mövqe oyunu oldu. Qol imkanları çox olmadı. Yalnız Otto Conun təkbətək epizodunu istisna etmək olar. Belə matçlarda birinci səhvə qədər oyun gedir, təəssüf ki, o səhvi biz buraxdıq.
- Sizə elə gəlmir ki, artıq rəqiblər birinci dövrədən sonra sizinlə oyunlar üçün resept tapıblar?
- Xeyr, belə düşünmürəm.
- Deyilənə görə, Azərbaycanda ən bəyəndiyiniz oyunçu Tural Bayramlı idi. Son vaxtlar onun oynamamasının səbəbi nədir?
- Komandada rəqabət var. Hücum qrupumuzda ciddi rəqabət hiss olunur.
- Artıq birinci və ikinci pillədən aralaşdınız. Onlara çatmaq çətin olmayacaq?
- Bəli, arada xal fərqi çoxdu. Bu oyundan çox şey asılı idi. Ancaq qarşıda matçlar çoxd.u Bunun öhdəsindən gəlməyə çalışacağıq.
- "Araz-Naxçıvan"ın əsas gücünü nədə görürsüz? Əsasən qol buraxmadan q qol vuraraq qalib gəlirlər və sizə də bu aqibəti yaşatdılar…
- Yaxşı təşkilatlanmış komandadı. Müdafiədə yaxşı oynayırlar. Arxa xəttə ciddi fikir verirlər, ona görə də az qol buraxırlar.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC