"Araz-Naxçıvan" Misli Premyer Liqasının 15-ci turunda öz meydanında "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq ilk olaraq görüşlə bağlı fikirlərini bölüşüb.
- Ağır oyun alındı. Bilirdik ki, kimə qarşı oynayacağıq. "Turan Tovuz" bu mövsüm iddialıdı, meydanda yaxşı işlər görür. Komandanı çətin oyuna hazırlamışdıq. Şükürlər olsun ki, istədiyimizə nail olduq. Yolumuza davam edirik.
- “Turan Tovuz”la xal fərqini bir az da artırdınız. Qış fasiləsinədək bir qədər rahatlıq olacaq?
- İlk turdan gərginlik yoxdu. İşimizi daha çox stressdən uzaq etməyə çalışırıq. Keyfiyyətli, təcrübəli kollektivimiz var. Komandamız daha da məzmunlu oynamağa çalışacaq.
- Yox. Sadəcə, jurnalistlərdə belə fikir formalaşıb ki, "Araz-Naxçıvan" həmin prizmadan yanaşır. Amma görürük ki, komanda hücumdadı. Hər oyunda 6-7 epizoda giririk, dəyərləndirmədə “axsama”lar var. Komanda şəklində məşqlərdə işlədiyimiz elementləri oyunda görürük. Qarşıdakı matçlarda hücum planında daha kreativ ola bilərik.
- Bazar günü "Neftçi" - "Qarabağ" matçı var. “Neftçi”nin xal almağını istəyirsiz?
- Daha çox öz komandamıza köklənmişik. Futbolçulara da deyirəm ki, daha çox özümüzü düşünək.
- Bu mövsüm Kurban Berdiyevi artıq iki dəfə məğlub etmisiz. Təcrübəli mütəxəssisi məğlub etməyiniz özünüzə məşqçi kimi özünəinam verir?
- Bu suala ikitərəfli yanaşmaq olar. Mən özüm futbolçulardan güc alıram. Məşq prosesində həmin enerjini komandada görürəm. Onlar mənə güc verir -yanaşmaları, istəkləri ilə. Biz də qarşılıqlı şəkildə bunu onlara qaytarırıq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC