"Səbail" Misli Premyer Liqasının 15-ci turunda səfərdə "Sabah"a 0:1 hesabı ilə məğlub olub.
Presssport.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi cavid Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq əvvəlcə oyunla bağlı danışıb.
- Rəqibi təbrik edirəm. Oyunun çətin olacağı məlum idi. Çünki heyətlə bağlı problemimiz var. Geniş heyətimiz yoxdu. Ən çox əziyyət çəkdiyimiz məqam da hücumdadı. Hücumda çox “dişsizik”. Oyun şəkli var. Hücum fazasında çox çatışmazlıq mövcuddu. Bu da hücumçuların olmaması ilə bağlıdı. Üzərimizə düşən vəzifə odur ki, qışa qədər səbr edəcəyik. Çalışacağıq ki, növbəti oyunda nəticə əldə edək. Çətin olsa da, başqa şansımız yoxdu.
- Rəhbərlik sizə transferlə bağlı nə söz verib?
- Komandaya hücumçu lazımdı. Transferlərlə bağlı iş gedir. Bəyəndiyimiz oyunçular var. Açıqlaya bilmərəm. Konkret bir şey yoxdu. Danışıqlar gedir. Zamanla hər şey bəlli olacaq.
- 1-2 futbolçu transfer edəcəksiz?
- Planımızda daha çoxdur. Sadəcə, hələ bəlli deyil. Zədəlilərimiz də çoxdu. Madi Queta və Gitay Sofir 4 gündür ki, komandaya qoşulub. Mən gələnə qədər 7 futbolçu zədəli idi. Ayman Boualinin zədəsi bir həftə sürəcək. Heyətlə bağlı durum ürəkaçan deyil.
- Birdən-birə bu qədər futbolçunun zədəli olması nə ilə bağlıdır?
- Məndən əvvəl olan problemdir. Bu haqda danışmağı düzgün hesab etmirəm. Fakt odur ki, bu qədər futbolçumuz zədəlidi. Səbəblər haqda danışmaq istəmirəm.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC