Vasili Berezutski üçün "Sabah"ı çalışdırmaq böyük fəxr imiş: "Ona görə də təklifdən imtina edə bilməzdim"

"Sabah" Misli Premyer Liqasının 15-ci turunda doğma meydanda "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.

Presssport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıaraq öncə görüşlə bağlı fikirləromo bölüşüb:

- Oyun asan alınmadı. Birinci hissədə daha yaxşı çıxış etdik. İkinci yarıda bir az arxaya “oturduq”. Yəqin ki, ikinci qolu vurmaq lazım idi. İşləməyə davam edəcəyik ki, daha məzmunlu oyunlar görəsiniz.

- Kapitan Elvin Camalov ehtiyatda qalmışdı. Bunun səbəbi nə idi? Davamı olaraq da, niyə məhz Pavol Şafrankonu kapitan seçmişdinizz?

- Bu, məşqçilərin qərarı idi. Qısa zamanda çox oyunumuz olacaq. Rotasiyalar edəcəyik. Elvin bu gün ikinci hissədə oynadı. Meydana çıxanda da kapitan sarğısını aldı.

- Məşqçilərin qərarı Elvin Camalovun ehtiyatda oturması idi, yoxsa kapitan sarğısını Şafrankoya vermək?

- Bizdə ikinci kapitan Amin Seydiyevdir. Digəri isə Namiq Ələsgərovdur. Bəzi futbolçularda emosional yüksəliş olur. Pavola ona görə vermişdik. Qısa müddətdə çox oyun olacaq. Dəyişikliklər az olmayacaq.

- Komandanın potensialı haqda fikir formalaşıb sizdə?

- Fikirlərim müsbətdi. Hücum xəttimizin potensialı yüksəkdi. Bəzi komponentlərdə artırmalıyıq ki, yüksək yerlərdə gedən komandalarla rəqabət aparaq. 

- "Sabah"ın prezidenti Maqsud Adıgözəlov Rusiya mətbuatına açıqlamasında demişdi ki, komandanı qısa müddətdə toparlamalı və hədəflərə çatmalıyıq. Qarşınıza əsas olaraq hansı hədəflər qoyulub?

- Avrokuboklara düşmək. Azərbaycana qonaqpərvərliyinə görə təşəkkür edirik.

- Kubok yolu ilə, yoxsa çempionat yolu ilə?

- Bizi istənilən yol razı salır. Amma yəqin ki, ən qısa yol kubokdu.

- Murad Musayevlə "Sabah" haqda danışmısız? Azərbaycan futbolu haqda məlumatınız var idi?

- Xeyr, Muradla danışmamışam. O, mesaj yazaraq uğurlar arzuladı. Azərbaycan futbolu haqda bilirəm ki, "Qarabağ" avrokuboklarda oynayır, "Sabah" da oynayıb. Azərbaycan futbolunu Murada görə bilirəm. Onunla brlikdə, PRO kateqoriyasını oxumuşuq. O, mənə çox şey deyib. Dediklərindən nəticəyə gəlirəm ki, həqiqətən reallığa uyğundur. 

- Təklif kimdən gəldi və düşünmək üçün nə qədər vaxt lazım oldu?

- Təklif ani alındı. Təkliflə qərar arasında vaxt az oldu. Mənim üçün "Sabah"ı çalışdırmaq böyük fəxr idi. Ona görə də bundan imtina edə bilməzdim.

- "Qarabağ"ı çıxmaq şərtilə hansı klubla maraqlanmısız?

- Azərbaycan futbolu inkişaf edir. İnfrastuktura çoxlu yatırım edilir. Hamımız birlikdə daha da irəliyə doğru gedəcəyik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC