"Beşiktaş"da baş məşqçi də istefa verib

“Beşiktaş”da istefalar davam edir.

Presssport.az xəbər verir ki, bu dəfə baş məşqçi Covanni van Bronkhorst İstanbul təmsilçisindən ayrılıb.

Belə ki, 49 yaşlı niderlandlı mütəxəssis uğursuz nəticələrə görə komandadan gedib. “Beşiktaş” Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda İsrailin “Makkabi” (Təl-Əviv) klubuna 1:3 hesabı ilə uduzub. 

Van Bronkhorst türkiyəli həmkarı Sərgən Yalçının əvəzləyəcəyi deyilir. Bu, baş verərsə, o, 3 ildən sonra postuna dönəcək. Belə ki, 53 yaşlı Yalçın 2020/21 mövsümdə "Beşiktaş"ı çalışdıraraq onu həm Türkiyə çempionu, həm də Kubokunun qalibi edib.

Xatırladaq ki, bundan öncə klubun prezidenti Hasan Arat, idman direktoru Samet Aybaba, vitse-prezident Onur Göçmez və İdarə Heyətinin məsləhətçisi Bradley Fridel də istefa verib. 
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC