“Qarabağ”ın iştirakçısı olduğu Avropa Liqasında (AL) V tur başa çatıb.
Presssport.az xəbər verir ki, Ağdam təmsilçisi evdə “Lion”a (Fransa) 1:4 hesabı ilə uduzduqdan sonra turnir cədvəlində 32-ci pilləyə düşüb.
Azərbaycan çempionu 5 matçdan cəmi 3 xal toplasa da, pley-offda oynamaq huququ qazanacaq 24 komanda sırasına düşmək şansını saxlayır.
AL-də ən çox qol vuran komandaların siyahısına hərəyə 13 qolla “Ayaks” və “Qalatasaray” başçılıq edir. Niderland klubu bu qollardan 3-nü Bakıda “Qarabağ”a vurub. Tofiq Bəhramov adına Respublika stadionunda ağdamlıların 4 dəfə qapısına yol tapan “Lion” 12 qola ilk "6-lıq"da yer alıb.
“Qarabağ” bu siyahıda 29-cu yerdədi. Qurban Qurbanovun komandası 5 oyunda 4 qola imza atıb. Sonuncu 35 və 36-cı yerləri isə 1 qolla “Dinamo” Kiyev və “Ludoqorets” tutur.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC