Türkiyə Futbol Federasiyası (TFF) "Adana Dəmirspor"a ağır cəza verib.
Presssport.az xəbər verir ki, Super Liqa təmsilçisinin 3 xalı silinib.
Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.
Belə ki, Adana klubu lisenziyalaşdırma qaydalarına əməl etmədiyi üçün cəza alıb. 14 turdan sonra 2 xal toplayan "mavi şimşəklər"in xalı cəza nəticəsində -1 olub.
Onu da bildirək ki, TFF "Adana Dəmirspor"la yanaşı, II Liqada mübarizə aparan "Nazilli Spor", "Afyonspor", "Giresunspor", "Bucaspor 1928" və "Altay"a da eyni cəzanı verib.
Xatırladaq ki, millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev ötən mövsüm Adana təmsilçisində çıxış edib və bu yay müqaviləsini pozaraq “Qarabağ”a dönüb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC