Tovuz futbolunun canlı əfsanəsi, yubilyarı və "Cəfər"i: "Heç bilmədim ki, 60 yaş necə keçdi"

Bu gün Tovuz futbolunun canlı əfsanəsi Nizami Sadıqov üçün əlamətdar gündü. Daha çox "Cəfər" kimi tanınan veteran qapıçının 60 illik yubileyidi. Sadıqovla Presssport.az-a müsahibəsində 60 illik ömür kitabını birgə vərəqlədik. 

- Bu yaşda özünüzü necə hiss edirsiniz?

  • - Allaha şükür yaxşı. Yaşadığımız həyatda Allah hamıya can sağlığı versin, bir də şərəfli ömür. Bunlar ən önəmli şeylərdən biridi və şükür ki, hər ikisi nəsibim olub.
  • - Zaman çoxmu tez keçdi sizin üçün? Sanki dünənə kimi futbol oynayırdınız, indi görürsünüz ki, artıq 60-ı haqlamısınız…
  • - Vallah, elə bir vaxtdı ki, bir dönüb arxaya baxanda, necə gəlib keçib ömür, heç bilmirəm. İnanırsınız, yaşı üst-üstə qoyanda, baxıram ki, necə günlər keçmişəm, bilmədim ki, 60 yaş necə keçdi. Əlbəttə ki, burda futbolçu həyatının, günlərinizin çoxunun səfərlərdə keçməyi böyük rol oynadı. Futbol həyatımın 40 ildən çoxdu səfərlərdə keçib. Bir də baxım ki, 60-ı haqlamışam.  
  • - Ailəniz narazı qalmırdı ki, onlara az diqqət ayırırsınız, yoxsa bunu anlayışla qarşılayırdılar?
  • - Bəli, onlar da başa düşürdülər ki, işim budu, futbolçuyam, orda-burdayam, dai gediş-gəlişdəyəm. Elə bir problem hələ ki yaşamamışam. Bundan sonra da daha olmaz.
  • - Futbola necə gəldiniz? Nəslinizdə futbolçu, idmançı olub?
  • - Yox. Futbola gəlməyim açığı, məktəb illərindən başlayıb. O illərdə Tovuzda rəhmətlik Təvəkkül Hüseynov vardı, köhnə futbolçu idi, SSRİ idman ustası, “Neftçi”də oynamışdı. Bizdə Uşaq Gənclər İdman Məktəbi vardı, ordan başladı istəyimiz. Tovuzda da hər yerdə futbol oynayırdılar. Mən də başlayanda hücumçu kimi başlamışam, sonra keçdim qapıçılığa. Bu da Təvəkkül müəllimin səyi nəticəsində oldu. 
  • - Deməli, necə deyərlər, xəmiriniz hücumçu kimi yoğrulub ki, karyeranızın son illərində hücuma qayıtdınız…
  • - Hardasa elə oldu ki, başlayanda da hücumçu kimi başladım, qurtaranda da hücumçu kimi qurtardım (gülür). 14-15 yaşına kimi hücumçu oynamışam. Sonra bir oyunda qapıçı oldum.
  • - Adətən belə olur ki, qapıçı zədələnir, keçirirlər səni qapıya, Sizdə də belə oldu?
  • - Yox, məndə belə oldu ki, qapıçımız xəstələnmişdi, gəlməmişdi. Mənə də həmin dövrdə komandamızda ən boylu-buxunlu idim. Buna görə məni keçirdilər qapıya və həmin oyunu da udduq. Səhəri günü gördüm məşqçimiz bir cüt əlcək gətirərək dedi ki, bundan sonra qapıçısan.
  • - Qapıçı Nizami Sadıqov və hücumçu Nizami Sadıqov. Hansı qəlbinizə daha yaxın oldu?
  • - Əlbəttə ki, qapıçı. Futbolçu karyeramın böyük hissəsində ən məsuliyyətli işin sahibi olmumam. Çünki qapıçının məsuliyyəti sahə oyunçularından birəbeş artıqdı. Hücumçu isə peçəkar səviyyədə bir mövsüm oynamışam - hardasa 10-12 matç idi və 8-9 qol vurdum. O dönəmlərdə maliyyə sıxıntımız, futbolçu qıtlığımız, heyətlə bağlı itkilərimiz vardı. Bu, Kazbek Tuayevin baş məşqçiliyi vaxtı - 1999/00 mövsümü idi. Onda bir oyunda dedim ki, yoxlayaq hücumda çıxış etməyimi. Ehtiyac üzündən çıxdım, 1 qol vurdum və 1:0 udduq həmin matçı. Bundan sonra ardıcıl neçə oyun hücumçu oldum, gördüm ki, qollar vura bilirəm. Bir də baxdım ki, artıq bombardirlər siyahısındayam (gülür). 
  • - Yeri gəlmişkən, bu, 18-19 yaşlı Rəşad Sadıqovla “Turan”da keçirdiyiniz mövsümdü. Həmin vaxt ondan yaxşı futbolçu, etibarlı müdafiəçi perspektivləri, liderlik keyfiyyətləri görünürdü?
  • - Bəli, o dönəmdə də baxırdın ki, gənc olmasına baxmayaraq, xarakteri, liderlik xüsusiyyətləri yavaş-yavaş formalaşır. Getdikcə açılırdı və bizə gələndən sonra 2-3 ay çəkmədi ki, başladı oynamağa. Bilirsiniz, bu yaşda stopper mövqeyində hər gənc futbolçuya bu şansı vermirlər axı. Amma Rəşada inanılaraq bu şans verildi və şükür Allaha ki, böyük futbol da oynadı, o inamı da doğrultdu. 
  • - Sizin üçün qapıçı olaraq ən arzuolunmaz rəqib hücumçu, futbolçu kim olub?
  • - Bizim dönəmdə sərt hücumçular var idi ki, ikisi bizdəydi - Musa və Qurban Qurbanov qardaşları. Bir-ikisi “Neftçi”də idi - Samir Ələkbərov, Yunis Hüseynov. “Kəpəz"də Mehman Allahverdiyev, "Qarabağ”da Müşfiq və Yaşar Hüseynov qardaşları idi. Ancaq bunların içində ən çox qol vuran hücumçu Nazim Əliyev idi. 
  • - Bəs, hücumçu olduğunuzda ən arzuolunmaz müdafiəçi kim idi sizin üçün?
  • - O dönəmdə Arif Əəsdov, İoqr Getman, Tərlan Əhmədov belə təcrübəli müdafiəçilərindən idi. Millidə birgə oynadıqlarım futbolçular idi. Təcrübə baxımından çox üstün olduqlarından, bir az onlarla mübarizədə problem yaranırdı. Gənclərdə isə çox elə problem yaranmırdı. 
  • - Hücumçu oynadığınızda rəqib müdafiəçilərinizdən kimsə söz atırdımı? Nəsə maraqlı bir əhvalat yadınıza düşür?
  • - "Neftçi"ylə oynayırdıq, bir qaçdım o yana, bir qaçdım bu yana və Arif Əsədov bir epizoddda mənə vurdu oyun epizodu. Mənə dönüb dedi ki, bəsdir də, hara qaçırsan, nə qədər olar…(gülür). Bir də görürsən indi Əsədovla onu yada salırıq. Köhnə müdafiəçilər bilirdi axı, nə var, nə yox. 
  • - Karyeranızda ən uğurlu matç kimi hansını xatırlamaq istəyirsiniz? Və hansı uğursuz oyun var ki, heç yada salmaq istəmirsiniz?
  • - Açığı, karyeramın ən yaxşı matçı çempion mövsümündə Gəncədə 3:1 udduğumuz matç idi. Bu, "Turan"ın çempionluq yolunda atdığı ən önəmli addımlardan biri idi. “Kəpəz”lə həmin qarşılaşma çox ağır keçmişdi və dəyərli oyun idi bizim üçün. Çünki sonda bizi çempionluğa gətirib çıxardı. Gəncədəki oyundan sonra "Neftçi"ni evdə 2:1 yendik ki, bu da vacib qələbələrimizdən oldu. Bu da çempionluğa aparan addım idi. Həmin vaxt 3 ardıcıl matçımız oldu ki, bunlar həlledici oldu. Birincidə Bərdədə “Qarabağ”ı udduq. Bundan bir həftə sonra Gəncədəki görüş oldu. Ardından isə 3 gün sonra "Neftçi"ylə matçımızı saldılar. O dönəmdə AFFA prezidenti Fuad Musayev oyunun vaxtını dəyişdirdi. Biz də dedik ki, zədəlilərimiz var, amma vaxtını dəyişmədilər. Çıxdıq, onu da udduq. Ən üzüntülü oyunum isə millidə olub ki, bu da Fransaya 0:10 məğlubiyyət idi.
  • - Həmin oyunda sonradan meydana çıxdınız və buraxılan qoların çoxu sizin payınıza düşdü. Bunun üstündən az qala 30 il keçəndən sonra nəyi vurğulaya bilərsiniz?
  • - Çox pis xatirə kimi xatırlaya bilirəm. Amma bu, futboldu, bir tarixdi. Oyunu uduzduqsa, ən böyük problemlərin hamısı bizdədi. Sonradan kimisə günahlandırmaq düzgün olmaz. Ola bilər ki, o auditoriyanın, o azarkeşlərin basqısı qabağında toparlana bilmədik. Həmin dövrdə də Fransa yığması gəldi dünya, Avropa çempionu oldu, elə bir güclü heyəti vardı. Amma onu da deyim ki, bundan əvvəl Trabzonda fransızlara 0:2 uduzmuşduq. Yəni, o dərəcədə səviyyə fərqi yox idi. Sadəcə, Oserdə bəzi problemlər yaşandı deyə sıxıldıq və gəldi belə böyük hesab oldu. Lakin o dönəmdə bizim futbolçuların səviyyəsi də yaxşı idi. Bu, millidə son matçım olmadı. Sonra oyunlarda olmuşam, turnirlərə getmişik - hardasa 1998-ci ilədək. 
  • - Maraqlıdı, rəhmətlik Fuad Musayev tərəfindən çox böyük danlaqla üzləşdiniz Fransayla 0:10-dan sonra? Çünki sərt, zəhmli insan idi…
  • - Bilirəm, onsuz da hamı bilirdi necə insan olduğunu. Allah rəhmət eləsin, elə də böyük bir danlaq olmadı. Bizə oyundan sonra heç bir şey demədi, elə bir problemimiz olmadı. 
  • - Belə bir məğlubiyyətdən sonra evə qayıdırsan, istəmirsən çolə çıxasan. Psixoloji təzyiq üzərinizdə çoxmu oldu?
  • - Bu, elə bir şeydi ki, o stressi atmaq üçün bir müddət vaxt lazımdı. Bu da zamanla yavaş-yavaş getdi. Amma tarix tarixdə qalır da…Mə etsən də, belədi. Tarixə boylananda baxırsan ki, tarixdə qalan nədi - o rəqəmlərdi. Yəni, zaman hansısa üzüntüləri götürsə də, 0:10 tarixdə qalır. Buna görə nə vaxt vaxsaq, karyeramızda “qara zolağ”ın olduğu dönəm var. Amma bir daha deyirəm ki, Fransayla Trabzondakı oyunumuzda elə bir böyük səviyyə fərqi görünmədi. Əksi olaydı, orda da böyük hesabla uduzardıq. 
  • - Bu sualı verməsəm olmaz. Sizi daha çox “Cəfər” kimi çağırırlar, tanıyırlar. Nədi bunun açması?
  • - (gülür) Köhnə ağsallarımızdan gəlib bu ad. Uşaq vaxtı məni belə çağırıblar. Amma əsl, sənəddə olan adım Nizamidi. Sadəcə, dediklərinə görə, hamı məni "Cəfər" kimi tanıyır. Evdə böyük oğul olmuşam, adımı belə deyiblər, belə də qalıb bir təxəllüs kimi. Adım böyük şairimiz Nizaminin şərəfinə qoyulub. Ulu babalarım arasında Cəfər olmayıb. 
  • - Hansı ada öyrəmişsiniz? Yəni, Nizami deyəndə, çaşmırsınız?
  • - Vallah, o qədər "Cəfər" çağırırlar ki, öz adım Nizami yadımdan çıxır (gülür). Yalnız rəsmi olanda Nizami Sadıqov deyəndə, bilirəm ki, məni çağırırlar. 
  • - Məşqçilik karyeranız da olub. Bundan nə dərəcədə razı qaldınız? Tərəzinin gözünə qoyanda, nə dərəcədə ağır gəldi məşqçilik?
  • - Futbolçu ilə məşqçi dövrləri arasında çox fərqli kriteyalar var. Məşqçi olmaq üçün çox ağıllı olmaq lazımdı. Gərək böyük, dahi bir insan olasan məşqçi kimi işləmək üçün. Açığı, baş məşqçi kimi az işlədim. Amma köməkçi məşqçi kimi 2000-ci illərədn başlayaraq uzun illər çalışdım. Baş məşqçi kimi işləmək çox çətindi. Bu zaman çox ağıllı, psixoloq olmalısan, komandanı yığmalısan, heyəti komplekləşdirməlisən, seçimi, rotasiyaları düzgün etməlisən. Açıqlansan, çox şey var.
  • - Qurban Qurbanovla futbol həyatınızda bağlılığı çox olub. - “Turan"da, millidə komanda yoldaşı olmusunuz, sonralar isə ”Neftçi"də, “Qarabağ”da onun korpusunda yer almısınız. O vaxt onun yanında gedib Tovuzdan gələn baş məşqçi təklifi qəbul etdiyinizə görə sonradan peşmançılıq çəkdiniz ki, uğurlu “Qarabağ”ın üzvü ola bilmədiniz?
  • - Bəli, Qurban Qurbanovla futbolçu kimi də bir yerdə oynamışıq, məşqçi kimi bir yerdə çalışmışıq. Qurban müəllim çox ağıllı, savadlı, strategiyası bilən bir məşqçidi. Gedişimə gəlincə, ola bilər hər bir şeydə bir xeyir var. Nə bilmək olar gələcəkdə necə olacaq. Qalsam, mən də o komandanın içində olardım. Əlbəttə, sağ olsunlar, o kollektivin hər bir üzvüylə dost-qardaş kimi yenə də görüşürük, yenə bir yerdəyik. Amma o tarixi komandanın içində mən də olsaydım, yaxşı olardı.  
  • - Dünya futbolunda da nümunələr var ki, qapıçı baş məşqçi olur. Sizcə, bu, nə dərəcədə uğurlu alınır?
  • - Bilirsiniz, insan qapıçı oldu, yaxud səhə oyunçusu - fərqi yoxdu, onu həmi.ə idarə edən ağıldı. Ağlı, şüuru olan, futbol fəlsəfəsini düzgün bilən üçün fərqi yoxdu hansı mövqedə oynaması, hamısı eynidi. Nəyə görə deyirər ki, yaxşı qapıçı komandanın yarısıdı. Çünki bütün məsuliyyət qapıçının üzərinə düşür. Komandada idarəçilik, düzgün oynatmaq, kömək etmək  - bütün məsuliyyət qapıçının üstündədi. Buna görə fərq görmürəm baş məşqçi hansı mövqedə oynamasında. Yeri gəlsə, qapıçı digər mövqelərdən öndədi. 
  • - Ən çox bəyəndiniz qapıçılar - həm dünya miqyasında, həm də Azərbaycanda?
  • - Bizim dönəmdə hamı Lev Yaşin deyir, amma onu görməmişəm. Görmüşəm Rinat Dasayevi. Bizim Aleksandr Jidkovla millidə oynamışam. Sizə deyim ki, SSRİ-nin son vaxtlarında gəlib-getmiş ən istedadlı qapıçılardan biri idi. Ola, bir az da yaxşı klublarda qalsaydı, bəlkə də dünya futbolunda bugünkü Noyerlərdən biri idi. Müasir qapıçılarımızdan isə əlbəttə ki, Kamran Ağayev idi. Onun məşqçisi olmuşam. Kamrandan sonra Şahruddin Məhəmmədəliyev gəlir, amma o səviyyədə deyil açığını desəm. Düzdü, Şahruddin da yaxşı qapıçıdı, lakin Kamran böyük futbolun kriteriyalarına çox yaxın gəlirdi. Bir az da çox çalışsaydı, gedib yaxşı yerlərdə oynaya bilərdi.  
  • - Sizcə, qapıçı ən vacib kriteriyalar hansılardı, - boy, cəldlik, ayaqla yaxşı oynamaq, yoxsa…?
  • - Qapıçı üçün önəmli oldu ki, “çərçivə”də bir fiqur görünməlidi kim var orda. Boy, fiziki göstəricisi vacibdi. Cüssəli olmadlıdı, “ikinci mərtəbə"də oynamaq üçün bacarsın. Ayaqla ağıllı oynamalıdı, lider olmalıdı, oyunu idarə etməlidi. Həlledici anlarda düzgün qərarlar verməlidi. Gərək bunlar kompleks şəkildə olsun. Buna görə qapıçı komandada çox böyük fiqurdu.
  • - Ad gününüzə təsaüdf edən yaddaqalan oyun, unudulmaz hədiyyə olubmu?
  • - Polşayla Trazondakı 0:0 nəticələnən rəsmi oyun ad günümə təsadüf etmişdi ki, onda milimiz tarixində ilk rəsmi xalı qazandı. O yadımda qalıb. Bu, ad günümə ən gözəl hədiyyə olub. İlk xalımıza görə sevinə-sevinə mindik təyyarəyə, gəldik Bakıya. Düzdür, həmin matçda oynamadım, ehtiyatda idim. Həm futbol oynadığım, həm də ondan sonrakı dövrlərə ad günlərimə hədiyyələri açığı, çox olub. Əsas yaddaqalan odur ki, insanın ətrafında dost-qardaşı olsun. Bu, həyatda ən vacib şeydi. Həyatda ən böyük hədiyyə səni sevənlərdi. 
  • - Oğlunuz İlkin Sadıqov da futbol oynadı, amma artıq bu sahədə deyil. Onunla bağlı arzularınızın həyata keçməməsinə görə bir məyusluq yaşayırsınız?
  • - Olur, olur. Futboldu da, alınmadı. Amma istəyərdim ki, bunu davam etdirən kimsə olsun, böyük bir futbol oynasın. 
  • - Layiqli davamçı kimi gördünüyüz var Tovuzdakı akademiyada?
  • - Açığı, bu dönəmdə bir gənc qapıçımız var - Ayxan Abbaszadə. Ona çox böyük ümidlər bəsləyirik. 2007-ci ildi, 17 yaşı var, bizim akademiyanın yetirməsidi. İnşallah, bir az da artırsa, çox qabağa gedəcək. 
  • - Tovuz 9 il Premyer Liqada olmadı. O illər Nizami Safıqov üçün necə keçdi?
  • - Çox çətin. Tək mənim üçün yox, bütün Tovuz azarkeşləri, camaatı, ümumiyyətlə, region üçün. O qədər futbolun olmamağı bizim regionu çox geri saldı. O vaxt futbolçularını itirdik. 
  • Təbii ki, indiki komandamıza baxaında ürəyim açılır - yenə Tovuz Premyer Liqada, yenə "Turan", yenə dolu tribunalar, yenə iddialı komanda. Allah hamsına cam sağlığı versin ki, bugünkü bu iddialı komanda Azərbaycan futbolunda hansısa yaxşı yeşləri yansıdır. Gələn rəqiblər artıq bilirlər ki, Tovuza gəlirlər, sayırlar. Qərb regionuna gələndə bilirlər ki, hara gəlirlər. Gəncədə, Tovuzda, Şəmkirdə, Qazaxda futbol olsa, bu, bir stimuldu. Qərb futbolu Azərbaycan futbolunun dayağı kimidi. Yaxud Lənkərands, Zaqatalada, Quba-Qusarda futbol olsa., region futbolu futbolumuza böyük bir təkan verəcək. 
  • - “Turan Tovuz"un hazırkı baş məşqçisi Kurban Bedıyevlə SSRİ vaxtında yollarınız kəsişib?
  • - Açığı, yox. Bilirəm ki, Aşqabad “Kolxozçusu”nda, sonra Alma-Atı "Kayrat"ında oynayıb, müdafiəçi olub. Onunla Tovuzda hər dəfə görüşürük. Çox sadə, çox gözəl insandı. Açığı, futbolda çox böyük təcrübəsi var. Adamın 40 ilə yaxın məşqçilik karyerası var, 50 ildən çoxdu futboldadı. Böyük klublkarda işləyib, bu illərdə yaxşı nəticələr verib, Rusiya çempionu olub. Aşığı, bizə verəcəyi çox şey var ki, onu da gözləyirik. Ki, gələcəkdə Tovuz, Azərbaycan futboluna hansısa önəmli isimlər qazandıracaq. Belə təcrübə məşqçilərin futbolumuza verəcəyi çox şey var və belələrini də dəstəkləməliyik. 
  • - Onu gətirən hazırkı rəhbərlik haqda fikirləriiz, gözləntiləriniz necədi? Vidai Əhmədovla başlayan estafet indi Ehtiram Quliuyevdədi…
  • - Əlbəttə, hamısı sağ olsun Tovuz futboluan dəstək olanların. Fundamenti Vidadi müəllim qoyub, bu gün də onu davam etdirən Ehtiram müəllimdi. Allah köməkləri olsun! Bizim Azərbaycana Tovuz futbolunu qazandıranlardı və gələcəkdə də bunların əməyi ilə yəqin, çox-çox qabağa gedəcək bu komanda. Hər halda, görülən bu işlərin hamısı bunu göstərir. Allah hamsına can sağlığı versin, işlərində də uğurlar arzulayıram.
  • - Bəs özünüzə bu yaçşda nə arzu edirsiniz?
  • - Şəxi arzularım oldu ki, 30 il Avropada oynamışıq, bu yaxın illərdə istəyərəm "Turan" bir daha ora çıxsın. Onu görmək istəyirəm. Bir də önəmli isimlər qazandırsın Azərbaycan futboluna. Ən vacib şeylər budu. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC