"Nürnberq"in azərbaycanlı futbolçusu Mahir Emreli Almaniya II Bundesliqasında problemlə üzləşib.
Presssport.az xəbər verir ki, millimizin hücumçusu komandasının "Elversberq"in qonağı olduğu 15-ci tur matçının 52-ci dəqiqəsində qayda pozuntusuna yol verərək rəqibin oyunçusuna - Tom Zimmerşedə qarşı kobudluq edib və sarı vərəqə ilə üzləşib.
Təəssüf ki, bu, Mahir üçün cari mövsümdə 4-cü rəsmi xəbərdarlıqdı. Bu da o deməkdi ki, Emreli cəzalı duruma düşüb və 16-cı turun matçında komandasına kömək edə bilməyəcək.
Onu da bildirək ki, "Nürnberq" növbəti oyunda "Köln"ün qonağı olacaq. Qarşılaşma dekabrın 12-də keçiriləcək.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC