Juninyo "Qarabağ"dan nə vaxt ayrıla bilər? - transfer məsələsinə özü nöqtə qoydu!

“Qarabağ” 15-ci turda “Neftçi”ni üç cavabsız topla məğlub etdi.
Ölkənin iki nəhəngi arasında keçirilən son derbilər, adətən, ağdamlıların böyükhesablı qələbəsi ilə başa çatır. Təbii, bu dəfə də “köhlən atlar” favorit sayılırdı. Və onlar statusunu doğrultdu. İndiki “Qarabağ”ın liderlərindən olan Olavio Juninyo meydana çıxmasa da, oyundan sonra müsahibə verdi.

Presssport.az həmin müsahibəni təqdim edir: 
- Əvvəlcə “Neftçi” ilə oyunu şərh edərdin. Doğrudanmı, siz - “Qarabağ” düşərgəsi “ağ-qaralar”la görüşlərə fərqli motivasiya ilə hazırlaşırsız?
- Ümumiyyətlə, derbilər, bu tip oyunlar həmişə gərgin keçir. Bu gün də məhz gərgin oyunun şahidi olduq. Təbii ki, həm oyuna, həm də 3 xal qazandığımıza görə çox sevincliyik. Digər oyunlar kimi hazırlaşdıq. Bəlkə də görüntü olaraq digər qarşılaşmalardan seçilir. Əzm, istək eynidi. Qələbəyə layiq biz idik. Həm də bir neçə imkanı qaçırdıq. Bəlkə də hesab fərqli ola bilərdi. Amma son nəticədə qalıb gəldik. Bu 3 xal da bizim üçün önəmli idi.
- Bu dəfə sizi Samir Abasovun başçılıq etdiyi “Neftçi” qarşıladı. Səncə, bu, əvvəlki derbilərdən necə fərqlənirdi?
- Elə bir fərq yox idi. Sadəcə, bu gün meydana çıxmadım. Qol vurmaq imkanım yox idi, çünki meydanda deyildim. Axırıncı derbidə meydanda olmuş, qol vurmuşdum. Bu dəfə alınmadı. Həmişəki kimi komandamız yaxşı oynadı və yenə də qələbə qazandı.
- Meydana çıxmamağın fiziki durumuna bağlıdı, yoxsa baş məşqçi Qurban Qurbanovun seçimi belə idi?
- Yox, bu, baş məşqçinin qərarı idi. Necə məsləhət bilirsə, elə də olur. Meydana çıxmağa hazır idim. Fiziki durumumda hər hansı problem və ya zədə yoxdu.
- "Lion"la oyuna qayıdaq. Düzdü, rəqibin kim olduğu hər kəsə bəllidi. Amma azarkeşlər belə böyükhesablı məğlubiyyət gözləmirdi. Niyə alınmadı?
- Əslində pis oynamadıq. İki zərbəm tirdən və dirəkdən döndü. Komanda yoldaşlarımın da çoxlu qol imkanı oldu. Təəssüf ki, mən də daxil olmaqla imkanlardan yararlana bilmədik. Amma qarşımızda yaxşı bir komanda var idi. "Lion" özünü yaxşı tərəfdən göstərə bildi. Bəzən yaxşı oynasan da, nəticə istədiyin kimi olmaya bilir. Məyusuq, amma bu həm də şansa bağlıdı.
- Türkiyə mətbuatında əcaib xəbərlər dolaşır. Juninyonun "Lion"la oyunu çox fikirləşdiyinə, bütün diqqətini sırf ona yönəltdiyi üçün ətrafdan təcrid olunduğuna dair qəribə informasiyalar gəzir. Bu yazıların hədəfi nədi?
- Nə məqsəd daşıdığını deyə bilmərəm. Çünki nə mən onları, nə də onlar məni tanıyır. Yəni bütün oyunlara eyni həvəs, istək ilə hazırlaşıram. Düzdü, avrokuboklar oyunlarına yanaşmam nisbətən fərqli olur. Amma belə götürəndə bütün matçlara qələbə üçün hazırlaşıram.
- Bəlkə belə xəbərlər yaymaqla sənin transferini gündəmə gətirmək istəyirlər...
- Heç bir əlaqəsi yoxdu. Bunun transferlə əlaqəsi olmaz. Çünki mən həmişə meydana çıxarkən komandam üçün əlimdən gələni etməyə çalışıram. Bu, mənim işimdi, işimi görməyə çalışıram. Nə “Qarabağ”dan getmək, nə də kiminsə diqqətini çəkmək söhbəti olub.
- Azarkeşlər ötənilki Juninyonu görmək istəyir. Bu mövsüm sanki fiziki durumunda geriləmə var. Bununla razılaşırsanmı? Yoxsa bilmədiyimiz başqa səbəblər var?
- Juninyo həminki Juninyodu. Əlimdən gələni edirəm. Ötənilki nəticələrlə bugünkünu müqayisə etsək, görəcəksiz ki, aşağı-yuxarı nəticələr eynidi. Yəni vurduğum qolların sayı eynidi. Elə bir fərq yoxdu. Azarkeşlərə təşəkkür edirəm, həmişə dəstək olurlar. Mən də üzərimdə çalışıram, onların ümidlərini doğrultmaq istəyirəm. Onlara “sağ ol” demək istəyirəm. Həmişə stadionda dəstək göstərirlər - istər yaxşı, istərsə də pis günümüzdə. Ümid edirəm, bundan sonra daha yaxşı olar.
- Sənin Azərbaycanda qalıb-qalmayacağın bəzilərində sual doğurur. Yəni Avropada nəticələr istənilən kimi olmasa, fikirlərində dəyişiklik yarana bilər?
- Xeyr. Mən “Qarabağ”ın üzvüyəm. Bura mənə doğmadı. Mənim hələ üçillik müqaviləm var.
- Avropa Liqasında son üç oyununuz qalıb. Pley-off şansınızı nə qədər görürsən?
- Əlimizdən gələni edəcəyik. İnanıram ki, bu mövsüm də komandamızla birgə azarkeşləri sevindirməyə bacarararıq. Hər şey həm də şansdan asılıdı. Əvvəlki oyunlarda da qalib gəlmək şansımız var idi, ancaq alınmadı. Yəni futbolda nəyin necə olacağını bilmək olmur. Hər şey meydanda həll olunur. Ona görə sona qədər özümüzə inanırıq. Hər oyunda meydanda var gücümüzlə döyüşəcəyik (futbol+).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC