“Neftçi” birdən-birə 2 legionerini itirib.
Presssport.az xəbər verir ki, komandanın braziliyalı müdafiəçisi Yuri Matiasla monteneqrolu yarımmmüdafiəçisi Edvin Kuş Misli Premyer Liqasının XVI turunda “Suqmqayıt”la səfər matçında meydana çıxa bilməyəcək.
Buna səbəb hər 2 əcnəbi futbolçunun cari çempionatda 4-cü sarı vərəqəni alaraq cəzalı duruma düşməsidi. Bu, keçən turda “Qarabağ”la “Neftçi Arena”dakı derbidə reallaşıb.
Matiasla Kuçun bundan sonra Azərbaycan Kubokunda "Difai"ylə 1/8 final matçında oynamaları məzh buna görə olub. Çünki baş məşqçiləri Samir Abasov həmin görüşdə əsas futbolçularını çempionat matçına qoruyaraq kənarda saxlamışdı.
Xatırladaq ki, “Sumqayıt” - "Neftçi" qarşılşaması dekabrın 8-də saat 18:00-da Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC