Onu futbola qaytaran Elmar Baxşıyevin yerlisi olmasından bixəbər, bacanağı Rahid Əmirquliyevi əfsanə sayan: "Zaur Axundovu lap yaxşı tanıyıram, indi çox dəyişib"

  • Cari mövsümün ən sürpriz komandası olan “Araz-Naxçıvan”da son vaxtlar Slavik Alxasovun start heyətdə yer almağı diqəqt çəkir. Hər halda, təcrübəli sol cil cinah müdafiəçisi axır illərdə daim ehtiyat oyunçular skamyasının sakini idi. Slavik Presssport.az-a müsahibəsində bir sıra mətləblərdən söz açıb. 
  • - Matçın sonundakı olaydan başlayaq - rəqib qapıçı İvan Konovalovla meydanda insidentin oldu Nə məsələ idi?
  • - Ona uğurlar arzulamaq istəyirdim. Əl verdim, o isə mənə üzünü çevirdi. Sonra komanda yoldaşım Qara Qarayevə qarşı da belə hərəkət elədi. Buna görə hirsləndim ki, bizə qarşı niyə belə edirsən. Gəlib sənə əl verib görüşürük, əvəzində bizə qarşı hörmətsizlik edirsən. Bir az emosional oldum həmin anda. Bu da futbolda normal şeydi. Əlbətət ki, hər şey meydanda qaldı. 

- “Turan Tovuz” üzərində 2:0 hesablı qələbə qazansanız da, bu, heç də asan başa gəlmədi…

  • - Hava şəraitinin də təsiri oldu - küləkli, soyuq bir hava idi. Xüsusilə külək çətinlik yatadırdı. Həm də rəqib yalnız mübarizəyə oynayan bir komandadı. Ona da uyğun hazırlaşmışdıq. Turnir cədvəlində qonşumuz idi. Bilirdik ki, bizim üçün çox təzyiqli oyun olacaq. 3-cü yerdə getdiklərinə görə matça ciddi hazırlaşmışdıq. Üstün tərəf biz olduğumuza görə qalib gəldik və buna görə çox şadam. 
  • - Belə matçlara adətən 3 yox, 6 xallıq matçlar deyirlər…
  • - Ay sağ olun! Elə həftəboyu 6 xallıq oyun kimi hazırlaşmışdıq. Şükürlər olsun ki, matçı xeyrimizə bitirdik. Yekunda tovuzlulardan 3 xal da aralandıq. 
  • - Artıq qış fasiləsinə öncəsi bir qədər rahatlaşma olarmı ki, çox güman, pauzaya 2-ci yerdə yollanacaqsınız, yoxsa qış fasiləsinə "Qarabağ"ı qabaqlayıb 1-ci yerdə çıxmaq istəyirsiniz?
  • - Yox, bizdə belədi ki, baş məşqçimiz Elmar Baxşıyev demişkən, indi turnir cədvəlinə baxmırıq. Çıxdığımız hər oyun bizim üçün final kimidi. Turnir cədvəlinə baxsaq, bizdə hardasa boşalma gedə bilər. Buna görə hər oyun final gözüylə baxırıq və uşaqlar maksimumu qoyur. Həm də bu komandada dost, intizamlı ab-hava olmasından əmələ gələ bilən məsələdi. Sağ olsunlar ki, bizi dəstəkləyirlər.
  • - 1:0 olsun, bizim olsun - budu əsas şüarınız, prinsipiniz?
  • - Yox. Əsas məsələ oyun göstərməkdi. Bu, elə matç idi ki, mübarizə matçı idi. Digər oyunlar hücum futbolu eleimentləri çox görünür. Elmar müəllimin bizdən tələb etdiyi ancaq hücum futboludu. 
  • - Qol da buraxmırsınız. Bunun sirri nədi - etibarlı qapıçınız var, yoxzsa etibarlı müdafiəniz? Bir müdafiəçi olaraq fikirlərin maraqlıdı…
  • - Komanda şəklində kompakt müdafiə olunuruq. Uşaqlar sağ olsun, müdafiədə az səhv etməyə çalışır. Buna görə belə az top buraxrıq. Konsentrasiyamız yüz fazildi, bəlkə buna görə belədi. 
  • - “Araz-Naxçıvan”ı bu mövsümün sonda tarixində ilk dəfə medalçı, avrokuboklara iştirakçısı kimi görəcəyikmi?
  • - İnşallah, buna doğru getmək istəyirik. Yenə deyirəm kİ, məqsədimiz hər oyuna çıxıb maksumum xal qazanmaqdı. Avrokuboklara vəsiqə, yaxud medal qazanmağın necə alınacağına artıq mayda baxacağıq. 
  • - Bu il son turda "Qarabağ"ın qonağı olacaqsınız. Hanıs ki cari mövsümdə yeganə məğlubiyətinizi startda ondan almısnəz. “Qarabağ”ı da büdrədə bilirsiniz?
  • - İnşallah, bunu zaman göstərəcək. Buna gücümüz var? İnşallah, buna doğru da gedirik. Özü də son oyunumuz onlardı. Çalıçacağıq ki, “Qarabağ”la oyunda maksimumuzu göstərək. Bilirsiniz, rəqib çox güclü komandadı. Deyə bilmərəm ki, ondan xal almağımız realdı, ya yox. Səddi keçə bilmərəm, amma çıxıb oynayacağıq. Hər komandaya qarşı oynamaq olar. Onsuz da oynamalıyıq Azərbaycan Premyer Liqasında hamıyla. 
  • - Rəhbəriniz Zaur Axundovu hələ “Keşlə”yə rəhbərkik edəndə, kapitanı olduğu klubdan yaxşı tanıyırsan. Bura gəlişində onun rolu oldu? Hər halda sevimli, aparıcı futbolçularından olmusan…
  • - Sağ olsunlar, təklif etdilər mənə. Dedilər ki, istəyir səni komanda görmək. Birinci Elmar müəllimin fikrindi. Burda baş məşqçinin sözü birincidi. Zaur müəllimi də yaxşı tanıyıram, həmişə mənə dəstək olub. “Keşlə”nin vaxtından belə olub, onu lap yaxşı tanıyıram. İndi də maksimum bizə dəstək olur. Minnətdaram buna görə.
  • - Axundov dəyişibmi, yoxsa həmin insandı?
  • - Çox dəyişib.
  • - Hansı mənada?
  • - O vaxtlar çox aqressiv idi. İndi çox təmkinlidi. Amma çox də tələbkardı. Bu da bizim üçün yaxşıdı, bir müsbət amildi. 
  • - Soyunub-geyinmə otağında yaman səs-küy idi. Deyəsən, yaxşı mükafat dedi bu qələbəyə görə…
  • - (gülür) Yox, mükafatdı da. Düzünü danışsaq, biz futbolçular pula görə oynayırıq. Ailəmizə pul aparmalıyıq hər oyundan sonra. Şükürlər olsun ki, həmişə olan stabil bir məbləğ idi. Xüsusi bir fərqlənmədi. 
  •  - Keçən mövsüm “Turan Tovuz”da idin. Çoxmu fərq var indiki komandayla Ayxan Abbasovun komandası arasında?
  • - Hə, oyun planında fərq var. Çox deyil, amma az da olsa fərq var.
  • - Nədi əsas, gözəçarpan fərq?
  • - Müqayisə etmək çətindi. Eyni futboldu, bir az fərq var. Əsas məsələ budu ki, komandaya özünəinam gəlib. 
  • - Bəs, özündə bir idman prinsipiallığı vardı ki, sabiq klubuna özünü göstərəsən?
  • - Yox-yox. Onsuz da hamısı dost-tanışlar idi. Futboldu, bu il bu komandada oluram, o biri il başqasında. Futbolda bu, normaı şeydi. 
  • - Amma onu nəzərə alaq ki, son vaxtlar tez-tez klub dəyişirsən, az oynayırsan. Bəs bu, normaldı?
  • - Tovuza getdiyimdən sonra uğursuzluq oldu - zədə aldım. Buna görə 3 ay buraxandan sonra forma yığma çətin idi. Sintetik qazon və başqa çətinliklərin nəticəsində mənim üçün çox çətin oldu. Nəticədə az oynadım. İndi şükürlər olsun ki, son matçlar “Araz-Naxçıvan”da start heyətdə oynayıram.
  • - Sanki itib-batmışdın, indi böyük futbola yenidən qayıdırsan…
  • - Elədi, çox buraxdım futbolu - 1 ildən çoxdu start heyətdə oynamırdım. Bir az uğusuzluq oldu karyeramda. O da futbolda normaldı. Uğursuzluq olandan sonra yaxşı yerə də gələ bilərsən, psi yerə də. 
  • - Yaşın o qədər çox deyil - 31. Özündə həminki gücü hiss edirsən mübarizələrdə?
  • - Güc kifayət qədərdi - şükürlər olsun.
  • - Elmar müəllim yerlindi. Bu mənada daha yaxşı anlaşırsınızmı, daha çoX dəstək göürsənmi ondan?
  • - Yerlim olduğunu bilmirdim.
  • - O da sənin kimi qusarlıdı…
  • - Lap yaxşı. Elmarla müəllimdə ilk dəfədi işləyirəm. O, elə adamdı ki, komandada nə qədər futbolçu var, hamıya dəstək olur, eyni gözlə baxır. Sağ olsun buna görə. 
  • - Milli çempionatımızda 300 oyun sayının bir addımlığındasan. Bu, sənin üçün şəxsi planda nə qədər önəmli göstəricidi?
  • - Şükürlər olsun, bu günə çıxmışıqsa, bu da böyük bir şeydi. Yəqin, ona görədi ki, milli çempionatda çox gənc - 17-18 yaşımdan oynamışam.
  • - Hamı elə bilir ki, yaşın daha çoxdu…
  • - Tam doğru. Məndən soruşurlar ki, çoxdan oynayırsan, neçə yaşın var ki… Deyirəm ki, 30-31-di, inanmıralar ki, bu, necə olur…
  • - Üstəlik, saçın da tökülüb…
  • - (gülür) Bəli, saçdan da asılıdı. Saçım olsaydı, elə deməzdilər. 
  • - Son olaraq stabil “Keşlə”də oynadın. Bundan sonrakı klublarda belə çıxş etsəydin, oyun sayında çoxdan 300-ü keçməli idi….
  • - Son 2 mövsümdə oyun sayım çox az oldu. Keçən mövsüm 7 matçda meydana çıxdım, ondan əvvəl isə 22 dəfə. Bəli, az oynayırdım, bütün turlarda meydanda çıxış etmirdim. Bir ili konkret buraxdım. 
  • - Səncə, bundan sonra 350-yə də çata bilərsən?
  • - Əlbəttə! Gücüm var, mümkündü.
  • - 400-ə də?
  • - İnşallah, nə qədər gedir, oynayırıq. 
  • - Bilirsin bu göstəricidə kimdi?
  • - Bilirəm - Rahid Əmirquliyev.
  • - Həm yerlindi, həm də qohumun…
  • - Bəli, bacanağımdı. 
  • - Rahidin rekorduna sə yəqin heç kim çatmayacaq - 457 oyun
  • - O, canavardı, əfasənədi. İnanmıram ki, Rahidə kim çatsın.
  • - Amma futbolumuzda sənin diliylə desək, canavarlar, əfasənələr çox oub - amma heç biri qədər oynamayıb…
  • - Rahiddi də, təbiətcə gücə malikdi. Stabil oynayıb həmişə. Bu da futbolda çox vacibdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC