Ayağı sınan Marandiçi xəstəxanadan evə buraxıldı və danışdı: "Hər şey yaxşıdı"

"Göstərdiyimiz dəstəyə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Mənə çox böyük güc verdiniz".

Presssport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un Moldova millisinin də üzvü olan futbolçusu Denis Marandiçi klubun mətbuat xidmətinə açıqlamasında açıqlamasında deyib.

Xəstəxanadan buraxılan, müalicəsini artqı ev şəraitində davam etdirən 28 yaşlı müdafiəçi səhhətinin qaydasında olduğunu bildirib: "Hər şey yaxşıdı, özümü yaxşı hiss edirəm. Ən qısa vaxtda geri dönəcəm. Yaşıl meydanlarda görüşərik”.

Xatırladaq ki, Marandiçinin ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində "Sabah"(2:2) görüşdə Pavol Şafrankonun zərbəsindən sonra ayağı sınmışdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC