"Azərbaycan futbolunu izləyirəm, xüsusilə böyük tarixə malik komandaları - “Neftçi”ni nəzərdə tuturam" - "Dinamo"nun baş məşqçisi

Belarusun "Dinamo" klubunun baş məşqçisi Vadim Skripçenko Konfrans Liqasının əsas mərhələsinin 5-ci turunun “Larne” (Şimali İrlandiya) ilə oyunundan (2:0) sonra Azərbaycana təşəkkür edib. 

Presssport.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan belaruslu mütəxəssis göstərdiyimiz qonaqpərvərlikdən çox razı qalıb:

"Sumqayıta, Bakıya və bütün azərbaycanlı dostlarımıza bizə ev oyunlarını yaxşı şəraitdə, yaxşı stadionda, yaxşı qazonda keçirmək imkanı verdiyinə görə təşəkkür edirəm. Bu, bizim üçün çox vacibdi. Azərbaycanlı dostlarımızın bizə yaratdığı şəraitə görə hamımız sevinirik. Yaşayış şəraiti heç bir sual yaratmadı. Hələ qarşıdakı günləri Bakıda keçirəcəyik və "Panatinaikos"la oyuna "Sabah"ın bazasında hazırlaşacağıq. Klub bizə orada məşq etmək imkanı yaratdı. Dekabrın 17-də isə Yunanıstana uçacağıq".

Skripçenko "Neftçi" və Azərbaycanda oynayan belaruslular haqda da danışıb:

"Azərbaycan futbolunu izləyirəm. Xüsusilə böyük tarixə malik komandaları - “Neftçi”ni nəzərdə tuturam. Həmyerlimiz Yeqor Boqomolski orda çıxış etdiyi üçün mən də onları izləyirəm. O, iki il əvvəl komandamda oynayırdı, elə orda özünü sübut edərək Azərbaycana yollandı. Yeqor Xvalko da “Kəpəz”in formasını geyinir. Komandası “Qarabağ” və ya “Neftçi” səviyyəsində olmasa da, özünə inamlı görünür. Aleksey Baqa burda - “Sumqayıt”da işləyirdi. Üstəlik, bizim üçün giriş zonası yaşıl olan ölkələri diqqətdə saxlayıram. Azərbaycanda yaxşı stadionlar var. Tək mənfi cəhəti çoxlu süni meydançalardı. İstənilən halda, Azərbaycan futbolunun və millinin tərəqqisini arzulayıram".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC