Deşam Azərbaycanla eyni qrup haqda: "Fərqli profillərə malik 7 potensial rəqibimiz var"

Fransa milli komandasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasiminin nəticələrinə əsasən Millətlər Liqasının 1/4 finalında Xorvatiya üzərində qələbə qazanacağı təqdirdə komandasının Azərbaycanla bərabər D qrupuna düşə biləcəyini şərh edib. 

Presssport.az xəbər verir ki, fransalı mütəxəssis püşkatmanın mahiyyətinin çətin olduğunu söyləyib: "Fərqli profillərə malik 7 potensial rəqibimiz var. Onlar haqda bir az məlumatımız var, amma hələ hər şeyi bilmirik. Bir çox insan üçün bu püşkatmanın mahiyyətini başa düşmək də çətindi. Əvvəlki ilə müqayisədə indi daha az aydınlıq var. Amma əsas olan uyğunlaşmaqdır".

Xatırladaq ki, Fransa-Xorvatiya cütünün məğlubu L qrupunda Çexiya, Monteneqro, Farer adaları və Cəbəllütariq milli komandaları ilə oynayacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC